Azərbaycan və Ermənistan avtomobil yolu ilə bağlı razılaşdı - Rusiya KİV


"Rusiya Azərbaycan və Ermənistana Zəngəzur dəhlizində avtomobil yolunun razılaşdırılmasına kömək edib, razılaşdırılmalı olan yalnız 6 km-lik kiçik bir hissə qalıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli şəxs bildirib.
“İyunun 3-də keçirilən baş nazir müavinlərinin son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, avtomobil yolunun marşrutu razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti o əraziyə ekspertlər göndərib ki, onlar sadə mühəndis həlli yollarını göstərsin”, - mənbə bildirib.
Marşrut Ermənistan tərəfdən Araz çayı boyunca keçəcək. Ərazinin qalan hissəsində 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisindən keçərək Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq. Onlar gələcək dəhlizin demək olar ki, bütün xətti boyunca qorunub saxlanılıb.
Mənbə bildirib ki, Bakı bu ilin martında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvana yolun İran ərazisindən keçməsi barədə Tehranla memorandum imzaladıqdan sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top