NATO sammitində "Rus salatı" - Foto


İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində xidmət göstərən restoranın menyusunda “Rus kartof salatı”nın olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” menyunun fotosunu dərc edib.
Yeməyin menyunun ən üst sətirində yer alması və bir porsiyanın qiymətinin 8 avro olması tədbir iştirakçılarını çaş-baş salıb.
"NATO sammitində rus salatı? Bu yemək seçiminə bir az təəccüblənirəm", - jurnalist İnyaki Lopez bildirib.
Məlumat üçün bildirək ki, "Rus salatı"nın tərkibinə noxud, kartof, yerkökü və mayonez daxildir.
Qeyd edək ki, iyunun 28-də Madriddə NATO-nun üç günlük sammiti işə başlayıb və bu sammitdə alyans Rusiyanın kollektiv təhlükəsizliyə təhdid elan ediləcəyi yeni strategiya qəbul etməyi planlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top