Ukraynada ticarət mərkəzinin vurulma anı - Video


Xəbər verdiyimiz kimi, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərində “Amstor” ticarət mərkəzinə Rusiya qüvvələri tərəfindən iki raket zərbəsi endirilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da paylaşım edib. Məlumata görə, yanan ticarət mərkəzində mindən çox adam olub.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə ticarət mərkəzinə raket zərbəsi endirilməsinin anbaan görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, iyunun 27-də Rusiya silahlı qüvvələrinin Poltava vilayətinin Kremençuk şəhərinə raket zərbəsi endirməsi nəticəsində ticarət mərkəzi tamamilə dağılıb. 18 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Zelenski bunu Avropa tarixindəki ən cəsarətli terror aktlarından biri adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top