Bolqarıstan 70 rus diplomatı ölkədən qovur


Bolqarıstan 70 rusiyalı diplomatı və Rusiya səfirliyinin texniki işçisini ölkədən çıxarır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Bolqarıstanın baş naziri Kirill Petkov Rusiya Federasiyasından olan diplomatların casusluqda təqsirli bilindiyini qeyd edib.
“Bolqarıstanın xüsusi xidmət orqanlarını və Xarici İşlər Nazirliyini əla işlərinə görə təbrik etmək istərdim. Mən təkcə Rusiyaya deyil, bütün xarici dövlətlərə demək istərdim ki, bizim ölkənin maraqlarını zidd işləyən hər kəs ölkədən çıxarılacaq”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top