Türkiyə Finlandiya və İsveçə NATO ilə bağlı razılıq verdi - Yenilənib


Türkiyə Finlandiya və İsveçlə razılığa gəlib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveç və Finlandiya Türkiyənin tələblərini qəbul edib. Bildirilib ki, həmin ölkələr bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər. Məlumata görə, Türkiyə keçiriləcək növbəti sammitdə hər iki ölkəynin NATO üzvlüyünə dəstək verəcək.
Sabah isə NATO ölkələri İsveç və Finlandiyanın quruma üzvlükləri ilə bağlı qərar verəcəklər.

***22:36

Türkiyə, İsveç və Finlandiya üçtərəfli memorandum imzalayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, memorandum Madriddə keçirilən danışıqlardan sonra imzalanıb.

NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson arasında baş tutan görüş iki saat davam edib.

Dördtərəfli görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top