MDU-da “Məzun günü” qeyd edildi - Foto


Mingəçevir Dövlət Universitetində (MDU “Məzun günü” keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə 44 günlük Vətən müharibəsinin universitetin qazi müəllimləri, təhsil naziri Emin Əmrullayev, Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU rektoru Şahin Bayramov, mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdən öncə MDU-nun akt zalında nazir Emin Əmrullayev universitetin məzun və müəllim kollektivi ilə səmimi söhbətlər edib, onların suallarını cavablandırıb. Daha sonra Məzun günü münasibəti ilə keçirilən tədbir açıq havada bədii hissə ilə başlayıb.
Tədbirdə iştirak edən nazir Emin Əmrullayev, İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da çıxış edərək məzunlara öz xoş arzularını çatdırıblar.
Sonra mükafatlandırma mərasimi olub. Universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərman təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top