Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının rayon ərazisindən keçən hissəsindən yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb. 

Polis əməkdaşları 2 hektar ərazidən ümumi çəkisi 3980 kq olan 2075 ədəd çətənə kolları yığıb yandıraraq məhv edib.

DİGƏR XƏBƏRLƏR

Top