
Sabah Türkiyə və İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, Ankarada baş tutacaq görüşdə Türkiyə xarici işlər nazirinin müavini və Avropa İttifaqı ilə əlaqələr üzrə direktor səfir Faruk Kaymakcı və İsveç Xarici İşlər Nazirliyinin Dövlət katibi səfir Robert Ridberq iştirak edəcək.