Bakıda yanan məktəb söndürüldü - Video + Yenilənib


Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.


***18:46
Fövqəladə Hallar Nazirliyi Sabunçuda məktəb binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.


***17:32
Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın başlayıb.

 

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top