İordaniyada xlor qazı qəzası: 10 nəfər öldü, yüzlərlə yaralı var - Video


İordaniyanın Qırmızı dəniz sahilində yerləşən Aqaba liman şəhərində xlor qazı qəzası nəticəsində 10 nəfər ölüb, ən azı 251 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The National” şəhər hakimiyyətinə istinadən məlumat yayıb.
İctimai təhlükəsizlik idarəsi bildirib ki, qaz konteyneri daşıma zamanı kranın xarab olması və depressurizasiya (gövdənin hər hansı sisteminin möhkəmliyinin itirilməsi) səbəbindən yerə düşüb.
Rəsmilər qazın nə olduğunu dəqiqləşdirməsələr də, yerli media mənbələri qeyri-rəsmi olaraq bunun xlor olduğunu bildirib. Konteynerdə ixrac üçün nəzərdə tutulan 25 ton qaz olub.
Rəsmilər Aqaba sakinlərinə yaşayış yerlərini tərk etməməyi, pəncərə və qapıları bağlamamağı tövsiyə edib. Şəhərin çimərlikləri bağlanıb, sahildən gəmilərin hərəkəti dayandırılıb. Qəzanın nəticələri aradan qaldırılır.
Sosial şəbəkələrdə qəzanın baş verməsinin görüntüləri yayılıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top