
Rusiya 25 ABŞ vətəndaşına, həmçinin ABŞ prezidenti Co Baydenin ailə üzvlərinə sanksiya tətbiq edib.
Yeniavazcom TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ vətəndaşlarına qarşı şəxsi sanksiyaların tətbiqi ilə bağlı bəyanat yayıb.
“ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı durmadan genişlənən sanksiyalarına cavab olaraq, senatorların rusofob kursunun formalaşmasına cavabdeh olanlar arasından 25 Amerika vətəndaşı, Rusiya əleyhinə məhdudiyyətlərlə bağlı tövsiyələr hazırlayan qondarma Makfol-Yermak qrupunun üzvləri, həmçinin prezident Co Baydenin ailə üzvləri stop-listə daxil edilib”, - bəyanatda bildirilib.
Belə ki, bu siyahıya ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden və qızı Eşli Bayden də daxildir.