Ukraynanın bu şəhərində matəm elan olundu


Ukraynanın Kremençuk şəhərində üç günlük matəm elan olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin meri Vitali Maletskiy sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Ukraynada Konstitusiya Günüdür. Amma Kremençukda dövlət bayraqları endiriləcək. Bu günlərdə hər cür əyləncənin keçirilməsi qadağandır. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Baş verənlər Kremençukun müasir tarixində ən böyük faciədir. Kremençuk icması müharibəyə və dinc sakinlərə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsini tələb edir. Biz unutmayacağıq, bağışlamayacağıq!”, - paylaşımda bildirib.
Xatırladaq ki, iyunun 27-də Rusiya hərbi qüvvələri Poltava vilayətinin Kremençuk şəhərinə iki raket zərbəsi endirib.

DİGƏR XƏBƏRLƏR

Top