Sabah Azərbaycandan ilk zəvvar qrupu Həccə gedəcək


"Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə Bakı vaxtı iyunun 29-u saat 12:30-da yola düşəcək".

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, həmin təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.
Şöbə müdiri deyib ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər:
"Zəvvarların geri dönüşü isə hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq".
Vüsal Cahangiri deyib ki, Azərbaycandan ilk olaraq 180 zəvvar olmaqla, ümumilikdə 680 zəvvar ziyarət edəcək:
“Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanımdır, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.

DİGƏR XƏBƏRLƏR

Top