
Türkiyəli məhşur aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Yeşilçamın unudulmaz sənətçisi C. Arkın 1937-ci ildə Eskişəhərdə anadan olub. Şəxsiyyət vəsiqəsində adı Fahrettin Cüreklibatur yazılan aktyor İstanbul Universitetinin Tibb fakültəsindən məzun olub. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino artistləri müsabiqəsinə qatılıb və birinci yerə layiq görülüb. O, “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” obrazları ilə daha çox populyarlıq qazanıb.