ABŞ-da içində 46 meyit olan yük maşını tapılıb - Video


ABŞ-ın Texas ştatının San Antonio şəhərinin kənarında tərk edilmiş yük maşınında 46 meyit tapılıb.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, ölənlərin miqrant olduğu güman edilir.
Rəsmilər 4-ü uşaq olmaqla 16 nəfərin isə xəstəxanaya aparıldığını bildiriblər.
Qeyd olunur ki, ABŞ-Meksika sərhədindən 250 km məsafədə yerləşən San Antonio insan qaçaqmalçıları üçün əsas tranzit marşrutudur. İnsan alverçiləri tez-tez ABŞ-a keçə bildikdən sonra ucqar ərazilərdə onlarla görüşdükdən sonra sənədsiz miqrantları daşımaq üçün yük maşınlarından istifadə edirlər.
Meksikanın xarici işlər naziri Marselo Ebrard xəstəxanaya aparılanlar arasında iki qvatemalalının olduğunu bildirib. Digər qurbanların milliyyətləri açıqlanmayıb.
Hadisə ilə bağlı artıq üç nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top