"Baykar" Ukraynaya 3 ədəd "Bayraktar TB2" ianə etdi


Türkiyənin “Baykar” şirkəti Ukraynaya 3 ədəd “Bayraktar TB2” silahlı pilotsuz uçan aparat ianə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında bildirilib.
“Ukrayna xalqının vətənini müdafiə etmək üçün “Bayraktar TB2” almaq məqsədilə “Xalq Bayraktarı” adı altında təşkil etdiyi ianə kampaniyasının çox qısa müddətdə uğurla başa çatdığını öyrəndik.
İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə edərək ölkələrinə dəstək oldular.
Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu da bizi heyran etdi. “Baykar” olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd “Bayraktar TB2” silahlı pilotsuz uçan aparatını heç bir qarşılıq almadan Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik.
Baykar olaraq ədalətli həll arzuladığımızı hörmətlə bildirir və davamlı sülh üçün dua edirik”, - deyə şirkətin yaydığı məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top