Türkiyə Suriyada yeni antiterror əməliyyatına hazırlaşır


“Hazırlıqlar tamamlandıqdan sonra Suriyada antiterror əməliyyatına başlayacağıq”.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 
“Suriya sərhədində qurmağa başladığımız təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamladıqdan sonra orada da əməliyyatlara başlayacağıq. 2023-cü il hədəflərimizə çatmaq və 2053-cü il vizyonumuzu reallaşdırmaq üçün bütün siyasi, iqtisadi və hərbi imkanlarımızdan istifadə etməyə davam edəcəyimizə heç kim şübhə etməsin”, - deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top