“Rusiya qazı kəssə vəziyyət pandemiya dövründən pis olacaq”


Rusiya qazının tədarükünün dayandırılması Almaniya iqtisadiyyatını növbəti kilidləmə ilə təhdid edir, bu müddət ərzində vəziyyət koronavirus pandemiyası dövründəkindən daha pis olacaq. 
Yeniavaz.com
xəbər verir ki, bu fikri “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Almaniya Bələdiyyə Müəssisələri Assosiasiyasının rəhbəri İnqbert Liebinq deyib.
"Yaxın vaxtlarda Rusiyadan qaz gəlişi dayandırlsa, qışda bizim real problemimiz olacaq. Bu, koronavirus pandemiyası dövründəkindən daha pis olacaq. Sonra müəssisələrdə məcburi şəkildə elektrik təchizatı tamamilə və ya qismən kəsiləcək. Növbəti blokada iqtisadiyyatda başlayacaq”, - deyə Almaniya rəsmisi bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top