
Kiyev Rusiya ilə münaqişəyə ayda 5 milyard dollar xərcləyir.
Yeniavaz.com xəbər verir ki, u barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko İspaniyanın "El Pais" qəzetinə müsahibəsində bildirib.
"Döyüş əməliyyatları bizə ayda 5 milyard dollara başa gəlir. Hazırda Qərb ölkələrindən aldığımız dəstək bütün xərcləri ödəməyə kifayət etmir. Biz bunun bir aydan üç aya qədər davam edəcəyini gözləyirdik. Amma indi dəqiq proqnoz verə bilmirik. İqtisadiyyatımızın xərcləri və itkiləri hər gün artır", - deyə o qeyd edib.