
Ukrayna Yaponiyadan 30 il müddətinə 500 milyon dollar məbləğində kredit alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
"Ukrayna kredit müqaviləsi çərçivəsində əlavə 65 milyard yapon yeni (500 milyon dollar) güzəştli kredit alıb. Kredit sərfəli şərtlərlə verilib. Kreditin qaytarılma müddəti 30 ildir, 10 il güzəşt dövrü var, faiz dərəcəsi, illik 1 faizdir”, - deyə qeyd olunub.