
Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda keçiriləcək Xəzər Sammitində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Putin Azərbaycan, Türkmənistan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz