
Rusiya prezidenti Vladimir Putin İndoneziyanın G20 sammitində iştirak etmək dəvətini qəbul edib, lakin iştirak formatı hələ də dəqiqləşdirilir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin köməkçisi Yuri Uşakov məlumat verib. Uşakov həmçinin bildirib ki, Putinin sammitdə şəxsən, yoxsa videobağlantı vasitəsilə iştirak edəcəyi dəqiq bilinmir.