İstanbulda terroru maliyyələşdirən Rusiya vətəndaşı saxlanıldı


İŞİD terror təşkilatına pul köçürən, həmçinin, İstanbuldakı gecə klubunda qırxa yaxın insanın ölümü ilə nəticələnən terror aktını maliyyələşdirən Rusiya vətəndaşı həbs olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi tərəfindən terrorçuluq fəaliyyətinin təbliği maddəsi ilə açılmış cinayət işi çərçivəsində İŞİD üzvü olan Rusiya vətəndaşı Əbdürrəhman Əbdürrəhmanov saxlanılıb.
Saxlanılan şəxsdən bank kartları, mobil telefonlar, ödənişlərin məsafədən idarə olunması üçün istifadə olunan fərdi kompüterlər, habelə dini təbliğat xarakterli ədəbiyyat aşkar edilərək götürülüb.

 

DİGƏR XƏBƏRLƏR

Top