Belarusun paytaxtı Minsk yaxınlığındakı bazarların birində Rusiya ordusunun işğal etdiyi Ukraynanın Xerson bölgəsindən gətirilən pomidor, Melitopol şəhərindən gətirilən gilası satılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Belarusun “Euroradio” kanalı yayıb.
Yayılan fotoşəkillərdən belə görünür ki, Xersondan aparılan pomidor 3 Belarus rubluna (1,5 manat), Melitopoldan aparılan gilas isə 15 rubla (7,5 manat) satılır.
Onu da bildirək ki, yayılan fotolarda Azərbaycandan aparılan pomidorun 8 rubla (4 manat) satıldığı görülür.