![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/9/10/1/3b2ae274-54dd-4bbf-97cf-1cf12e83bfdc/covid-foto-yeni.jpg)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. 161 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1541, bu günə qədər isə ümumilikdə 6 956 005 test icra olunub.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/6/27/1/0f5f13e0-b098-451f-a95f-565497a6b9bd/6aadc2c8-8e66-46ab-94dc-6dd43d827d38.jpg)