Gilasın faydaları: İştahanı açır - Siyahı


Gilas A, E, C, PP, B vitaminləri, yod, fosfor, kalium, maqnezium, kalsiumla zəngin olub, qışdan zəif çıxan orqanizmi lazımi minerallarla təmin edir. Türkiyəli doktorların araşdırmasına görə, hər gün 10 gilas yemək orqanizm üçün çox faydalıdır. Lakin normadan çox gilas yemək problem yarada bilər.

Yeniavaz.com gilasın insan orqanizmi üçün faydalarını təqdim edir:

1. Sidikqovucudur, böyrəklərə faydalıdır.
2. Qan təzyiqindən əziyyət çəkənlər üçün xeyirlidir.
3. Sinir sisteminə müsbət təsir göstərir.
4. Qanazlığı (anemiya) olanların üçün xeyirlidir.
5. Tərkibində A vitamini var.
6. Maddələr mübadiləsini tənzimləyir.
7. Həzm prosesini normallaşdırır.
8. Görmə qabiliyyətini yaxşılaşdırır.
9. Zehni fəaliyyətə müsbət təsir göstərir.
10. Tərkibində B vitamini var.
11. Orqanizmdəki yağları yandırmağa kömək edir.
12. Damar sərtliyinə müsbət təsir göstərir.
13. Ürəyin fəaliyyətinə yaxşı təsir edir.
14. Tərkibində yod var.
15. Dəmirlə zəngindir.
16. Qocalmanı ləngidir.
17. İnsanı tox saxlayır.
18. Dərini təmizləyir.
20. İştahanı açır.
21. Tərkibində A vitamini var.
22. Qaraciyəri təmizləyir.
23. Tərkibində kalsium var.
24. Tərkibində mis var.
25. Bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir.
26. Qanda xolesterinin səviyyəsini tənzimləyir.

Bəs gilasın hansı xəstəliklərdə nə kimi faydaları var?
1. Qalxanvari vəz, zob xəstəlikləri - yodla zəngindir.
2. Böyrək və sidik yolları iltihabi xəstəliklərində - iltihabı, spazmı, infeksiyanı aradan götürür.
3. Mədə-bağırsaq problemləri - ağ gilas həzmi yaxşılaşdırır, çəki azaldır, arıqladır. Disbakterioz, ishalda yeyilməlidir.
4. Öskürək, ağciyər xəstəliklərində - isti kompotu, məhlulu öskürəyi yumşaldır, bronxları açır.
5. Yüksək təzyiqdə - tünd gilasda olan fenol birləşmələri kapilyarları möhkəmləndirir, bu da təzyiq və ürək xəstəliklərinin yaranmasını əngəlləyir.
6. Tromb və qan qatılaşmasına qarşı - tərkibindəki kumarin qanın keyfiyyətini yaxşılaşdırır.
7. Xərçəng şiş hüceyrələrindən qoruyur - gilas yüksək səviyyədə antioksidant təsirlidir. Hər gün 100 qr qırmızı “öküz ürəyi” gilası yesəniz kifayət edər.
8. Gözlərin dərmanıdır - ağ gilasda olan beta karotin gözləri sağlamlaşdırır.
9. Ürəyin desertidir - Amerika kardioloqları bildirir ki, müntəzəm olaraq hər gün bir ovuc qırmızı gilas yedikdə, ürəyin işini yüngülləşdirib, onun dözümlüyüyünü artırarsınız.
10. Yuxusuzluğa qarşı - gilas təbii melatonin - yuxu və gümrahlıq hormonu mənbəyidir. Axşama yaxın 100 qr gilas yesəniz yuxunuz şirin və yaxşı olacaq.

Kimlərə olmaz?
Köpü, qəbizliyi olanlar az yeməlidir, çünki gilas qaz yaradır.
Kiçik yaşlı uşaqlarda da qarın ağrısı, həzmsizlik və köp kimi problemlərə səbəb ola bilər.
Diabet xəstələri də çox az qəbul etməlidir. Gilasın daha çox turş növlərini seçsinlər.

DİGƏR XƏBƏRLƏR

Top