“Ordumuz az itki ilə düşməni darmadağın etdi”


“Ali baş komandan orduya təxminən 30 min nəfər mülki vəzifəli işçilər verdi. Bunlar bütün xidmətə aid olmayan məsələləri həll etdi. Bizim hərbi qulluqçular artıq gecə-gündüz sırf döyüş hazırlığı ilə məşğul idi”.
Yeniavaz.com
xəbər verir ki, bunu AZTV-yə müsahibəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Ali baş komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun təlim bazası gücləndi. Müasir trenajorlar, atış alanları, hər peşəyə uyğun müasir trenajorlar - yəni, bunlar hamısı ona gətirdi ki Azərbaycan ordusunun döyüş qabiliyyəti, döyüş imkanları, döyüş hazırlığı yüksək səviyyədə təşkil olundu. Və bildiyiniz kimi, 44 gün ərzində, qısa bir müddətdə - mən bunu xüsusi olaraq ətraflı danışacam - az itki ilə Azərbaycan ordusu çox çətin bir relyefdə öz vəzifəsini yerinə yetirdi, düşməni darmadığın etdi və torpaqları işğaldan azad etdi”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top