"Prezident Şuşa əməliyyatında bunu qadağan etmişdi" - Nazir


“Prezident qəti qadağan etdi ki, Şuşa əməliyyatında artilleriyadan istifadə edilməsin”.
Yeniavaz.com
xəbər verir ki, bunu AzTV-yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
“Birmənalı şəkildə dedi ki, bu, bizim tarixi şəhərimizdir, gərək bunu nəzərə alasınız. Adi döyüşlərdə təbii ki, artilleriyadan istifadə edirdik. Şuşa döyüşlərində nə artilleriyadan, nə də təyyarələrdən istifadə etdik. Şəhərə ağır zərbələr vurmadıq. Təbii ki, bu da düzgün idi. Nəticədə bizim qəhrəman xüsusi təyinatlılarımız əlbəyaxa döyüşdə Şuşanı azad etdi”, - deyə, nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top