Putin müharibə başlayandan bəri ilk səfərini bu ölkəyə edəcək


Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə başladıqdan sonra ilk dəfə ölkə xaricinə çıxacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rossiya 1” telekanlının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.
Rusiya Prezidentinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanarkən bəlli olub ki, Putin əvvəlcə Düşənbədə Tacikistan prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.
Daha sonra Rusiya prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.
Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək. Vidodo isə bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlardan sonra Moskvaya gələcək.

DİGƏR XƏBƏRLƏR

Top