Qafqaz Universitetinin müəllimi başqasını xilas edərkən dünyasını dəyişib


Uzun illər Azərbaycanda da fəaliyyət göstərmiş türkiyəli professor Kanadada boğularaq dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, söhbət keçmiş Qafqaz Universitetinin müəllimi olmuş, tələbələrin sevimlisi Hakan Acardan gedir.
Türkiyə mətbuatında verilən məlumata görə, professor göldə boğulmaq üzrə olan birini xilas etməyə çalışarkən dünyasını dəyişib.
2015-ci ildən Kanadada yaşayan H. Acar daha əvvəl “London Ontario King's University of Collage”də qonaq professor kimi çalışmış, sonra Toronto Universitetinin Hüquq fakültəsində magistr təhsili almışdı.
O Kanadada özünün təsisçisi olduğu hüquq firmasına rəhbərlik edirdi.

DİGƏR XƏBƏRLƏR

Top