"Ukrayna Rusiyanın Kiyevi vurmasına cavab hazırlayır"


Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Ukrayna Rusiyanın Kiyevə bugünkü raket hücumuna cavab hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
Arestoviç vurğulayıb ki, Ukrayna hərbçilərinin hədəfi mülki əhali deyil, işğalçıların komanda məntəqələri olacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında bəzi Kiyev raketlərlə atəşə tutulub. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, zərbə Xəzər dənizi regionundan Rusiya Federasiyasının yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə endirilib. İlkin olaraq, bu gün 6 raket atılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

DİGƏR XƏBƏRLƏR

Top