Rus general NATO ilə müharibədə birinci vurulacaq şəhəri açıqladı


Litvanın Rusiyanın Avropadakı yeganə ərazisi Kalininqrad ilə Rusiya ərazisi arasındakı dəmir yolu xətti üzərindən məhsul daşınmasını dayandırmaq qərarının təsirləri davam edir.
Yeniavaz.com
xəbər verir ki, Moskva ilə Qərb ölkələri arasında gərginliyi daha da artıran qərardan sonra yerli mətbuata açıqlama verən Rusiya Parlamentinin Müdafiə Komitəsinin üzvü, general Andrey Qurulyov, mümkün müharibə vəziyyətinə hazır olduqlarını deyib:
“Biz ilk hava mübarizəsində düşmənin kosmosdakı peyklərini məhv edəcəyik. Onların ABŞ və ya Britaniyaya məxsus olmasının fərqi yoxdur. Biz onların hamısını NATO üzvü kimi görürük. Kritik ərazilərin dağıdılmasını əhatə edən əməliyyat çərçivəsində Qərbi Avropanın enerji təchizatı kəsiləcək və hərəkətsizləşdiriləcək. Bütün enerji mənbələri məhv ediləcək. İkincisi, biz onların bütün raket əleyhinə müdafiə sistemini 100 faiz zəiflədəcəyik. Üçüncü mərhələdə isə soyuqda, yeməksiz və elektriksiz mübarizəni davam etdirməklə bağlı ABŞ-ın Qərbi Avropaya nə deyəcəyini görəcəyəm”.
Qurulyov belə bir müharibədə Rusiyanın ilk hədəfi olacaq Avropa paytaxtının Berlin və ya Paris olmayacağını deyib:
“Bu əməliyyatlar Varşavadan, Parisdən, Berlindən başlamayacaq. Aydındır ki, dünya üçün təhlükə anqlosakslardan gəlib. Birinci vurulacaq yer London olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top