Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, Nazirliyin tvitter səhifəsində bununla bağlı paylaşım edilib.
“Tək Vətən Hərəkatındakı qəhrəmancasına və fədakarcasına mübarizəsi ilə Qarabağdakı öz torpaqlarını işğaldan azad edərək, gücünü bütün dünyaya göstərən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu özəl gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”, - paylaşımda deyilir.