Şoyqu Ukraynadadır - Video


Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Ukraynada davam edən müharibədə iştirak edən bir qrup Rusiya hərbçisinə baxış keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qruplaşmalarının komanda məntəqələrində yoxlama zamanı Şoyqu komandirlərin hazırkı vəziyyət və Rusiya silahlı qüvvələrinin əsas istiqamətlərdə hərəkətləri barədə məruzələrini dinləyib.
Şoyqunun dəqiq yeri məlum deyil, lakin Rusiya mediası müdafiə nazirinin Donbassın işğal olunmuş ərazilərinə getdiyini iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top