İsveçrə prezidenti İqnazio Kassis ölkə vətəndaşlarını qiymətlərin artması ilə əlaqədar qənaət etməyə çağırıb
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Liberte” məlumat yayıb. Bildirilib ki, Kassis ölkə vətəndaşlarını inflyasiya və enerji qiymətlərinin artması səbəbindən pula qənaət etməyə çağırıb.
“Görünür, biz bir qədər qənaətcil həyat tərzi sürməli, istiliyə, səyahətə və yeməyə qənaət etməyi vərdiş etməliyik”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, İsveçrə son vaxtlar eyni vaxtda bir neçə böhranla üzləşib və prezidentin sözlərinə görə, ölkə inflyasiya ilə üzləşməli olacaq.