G7 liderləri Rusiyadan qızıl idxalını qadağan etmək barədə razılığa gəliblər
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, ABŞ prezidenti Co Bayden və G7-nin digər liderləri Rusiyadan yeni qızıl idxalına qadağa qoymaq barədə razılığa gəliblər.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi iyunun 28-də ABŞ-a yeni qızıl idxalını qadağan edən fərman verəcək. İyunun 26-dan 28-dək Almaniyanın cənubunda keçiriləcək sammitdə də oxşar bəyanatı G7-nin digər ölkələrinin liderləri də edəcək.