“Ukrayna NATO-ya daxil olmaq istiqamətində addımlar atmayacaq”


Ukrayna Alyansın ayrı-ayrı ölkələrinin mövqelərinə görə, NATO-ya daxil olmaq istiqamətində addımlar atmaq niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Financial Times" qəzetinə müsahibəsində Ukrayna prezident aparatının rəhbərinin müavini İqor Yovkva bildirib.
"NATO üzvləri bizim istəklərimizi rədd etdilər. Biz bununla bağlı heç nə etməyəcəyik. Əgər NATO üzvləri Avropada, Ukraynada baş verənlər barədə danışmasalar, bu, tamamilə heç bir əhəmiyyət kəsb etməyəcək. NATO-nun strateji konsepsiyası Rusiya ilə bağlı daha sərt ifadələri ehtiva etməlidir”, - deyə Yovkva bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top