
İran hökuməti nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə Tehranda keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında deyib.