Kondisionerli dayanacağın bu görüntüləri müzakirələrə səbəb oldu – Rəsmi açıqlama


Bakıda Hüseynbala Əliyev küçəsində quraşdırılan kondisionerli dayanacağın içərəsində meyvə-tərəvəz, sular və sair yerləşdirildiyini əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan həmin foto insanlar arasında müzakirələrə səbəb olur. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevlə əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sözügedən dayanacaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilib. Həmin görüntülər isə gecə saatlarında çəkilib.
“Orada kiçik köşk də fəaliyyət göstərir. Gecə saatlarında ora mal gəlib, hara boşaltsınlar? Müvəqqəti ora yığıblar, sonra köşkə yerləşdirilib. Burada başqa bir məsələ yoxdur”, - deyə o qeyd edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top