Berlin meri yarım saat “saxta” Kliçko ilə söhbət etdi


Berlin meri Franziska Giffay özünü Kiyev meri Vitali Kliçko kimi təqdim edən naməlum şəxslə 30 dəqiqə danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb.
Berlin hakimiyyəti bildirib ki, Ukrayna tərəfi Giffayın ofisi ilə görüş tələb edib.
Söhbətin gedişatı və tonu burqomasteri çaşdırıb. Söhbət vaxtından əvvəl dayandırılıb.
Hazırda Baş Dövlət Cinayət Polisi İdarəsinin Dövlət Təhlükəsizliyi Xidməti faktın aydınlaşdırılması üçün araşdırma aparır.
Bundan əlavə, “Bild”in məlumatına görə, oxşar hadisə Madriddə də baş verib. Orada da kimsə özünü Kliçko kimi təqdim edib.
Vitali Kliçko bildirib ki, Avropa şəhərlərinin merləri ilə görüş üçün müraciətlər saxta poçt ünvanına göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top