Rusiyada qazın qiyməti bahalaşır


Rusiya Federal Antiinhisar Xidməti (FAX) iyulun 1-dən ölkədə sənaye istehlakçıları üçün “Qazprom” və onun törəmə şirkətləri tərəfindən istehsal olunan qazın qiymətlərinin 5% artacağı barədə sərəncam dərc edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sənəd hüquqi informasiya portalında dərc olunub.
Sonuncu dəfə qiymətlər 2 iyun 2021-ci il tarixindən müəyyən edilib.
FAX-ın sərəncamında qeyd olunub ki, qazın topdansatış qiymətləri istehlakçılar üçün qaz qiymətləri təyin edilərkən nəzərə alınır.
Əhali üçün qazın qiymətləri inflyasiyadan aşağı - 3% indeksləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top