Gürcüstanda yenidən mitinq başladı - Foto


Gürcüstanda yenidən genişmiqyaslı mitinq keçirilir.
Yeniavaz.com
Gürcüstan mediasına istinadla xəbər verir ki, Tbilisidə parlament binasının qarşısında keçirilən mitinqdə hakimiyyətdən Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusunun verilməsi üçün irəli sürdüyü şərtləri yerinə yetirməsi tələb olunur.
Mitinqdə, həmçinin Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilir.
Mitinq səbəbi ilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə hüquq mühafizə orqanlarının çox sayda əməkdaşı cəlb olunub.
Xatırladaq ki, Avropa İttifaqı Şurası ötən gün Gürcüstana namizədlik statusu verilmədiyini açıqlamışdı. Hökumətdən ilin sonunadək namizəd statusu əldə edə bilmək üçün bir sıra şərtlərin yerinə yetirməsi tələb edilib.


 

DİGƏR XƏBƏRLƏR

Top