Portuqaliyalı superulduz Kriştiano Ronaldonun növbəti klubu “Bayern Münhen” ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
“Levandovskinin “Bavariya”dan ayrılmaq istəyi ilə üzləşən Alman klubu onun boşluğunu tarixinin ən mühüm imzalarından biri olacaq beşqat “Qızıl top” qalibi ilə doldurmağı planlaşdırır”, - məlumatda deyilib.
Bildirilib ki, Ronaldonun ətrafı artıq “Bavariya”nın marağından xəbərdardır.
Qeyd edək ki, Kriştiano hazırda İngiltərənin “Mançester Yunaytetd” klubunda çıxış edir. İngilis klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə başa çatacaq futbolçunun bazar dəyəri 30 milyon avro civarında qiymətləndirilir.