Gözlə görünə bilən bakteriya kəşf olunub - Video


Tədqiqatçılar Karib dənizindəki manqrov bataqlığında diametri bir santimetrə çatan dünyanın ən böyük bakteriyasını kəşf ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Berkley” laboratoriyası məlumat yayıb.
Normal bakteriyalardan təxminən beş min dəfə böyük olan nəhəng bakteriya Karib hövzəsinin Kiçik Antil adalarında, Qvadelupada manqrov bataqlığının sularında batmış yarpaqlarda aşkar edilib.
“Thiomargarita magnifica” adlanan bu bakteriyalar nazik ağ saplar kimi görünür və işığı əks etdirir.
Nəhəng orqanizm əksər bakteriyalardan minlərlə dəfə böyükdür və buna görə də çılpaq gözlə görünür. Bu, bakteriyaların yalnız mikroskop altında görünə biləcəyi fərziyyəsinə qarşı çıxır.

DİGƏR XƏBƏRLƏR

Top