“Şərqi Zəngəzurda sənaye parkında Rusiya ilə birgə mərkəz yaradılıb”


“Ötən ilin oktyabrında “KamAZ” şirkəti və Gəncə Avtomobil Zavodu tərəfindən Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb.

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Ceyhun Bayramov qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolu üçün Azərbaycan Rusiyadan 20 min ton dəmir yolu relsi alacaq: “Rusiya şirkətləri ilə 20 min ton dəmir yolu relsinin alınması barədə müqavilə var. Bu müqavilənin də artıq üçdə bir hissəsi yerinə yetirilib”.

DİGƏR XƏBƏRLƏR

Top