“Biz Azərbaycan rəhbərliyinin Ukraynada baş verənlərə balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.
“Biz Azərbaycanla diplomatik dialoqun inkişaf yolundan razıyıq. Bu, ölkələr arasında ikitərəfli iqtisadi, humanitar və digər sahələrdə olan əlaqələri tamamlayır”, - Lavrov əlavə edib.