
Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında geniştərkibli görüş başa çatıb.
Yeniavaz.com xəbər verir ki, hazırda nazirlər birgə brifinq keçirirlər.


***11:45
Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı Sergey Lavrovu qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Nazir Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu salamlayır”, - paylaşımda bildirilib.
Qeyd edilib ki, Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş başlayıb.Nazir Ceyhun Bayramov #Azərbaycan/a səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu salamlayır.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 24, 2022
FM of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun welcoming FM of #Russia/n Federation Sergey Lavrov within his visit to 🇦🇿. pic.twitter.com/FBmOSLU8SH