Rusiyanın Ryazan vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikindəki nasazlıq səbəbindən məcburi sərt eniş edib.
Yeniavaz.com xəbər verir ki bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin məlumatlara görə, təyyarədə 9 nəfər olub.
İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfərin öldüyü bildirilir.
Beş nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri reanimasiyadadır.
Hadisə nəticəsində elektrik xətləri zədələnib, bir neçə küçə işıqsız qalıb.