Baydenin əlindəki kağızda yazılanlar müzakirələrə səbəb oldu - Foto


Ötən gün ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı əlində qeyd kartını oxuyarkən kartın digər üzü kameralara yansıyıb. Kartın görünən üzündə Prezidentin hərəkət istiqamətlərinin yazıldığı ortaya çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Kartın görünən tərəfində bunlar yazılıb:
“Siz içəri girin, yerinizi alın; mətbuat daxil olur; siz şərh verirsiniz; mətbuat gedir; siz Liz Şulerə sual verirsiniz; iştirakçılara təşəkkür edirsiniz, gedirsiniz”.
Ağ Ev rəsmisi “Fox News”-a bildirib ki, bu, siyasətçilər və hökumət rəsmiləri tərəfindən ictimai tədbirlərdə istifadə olunan çox standart formatdır.
Qeyd edək ki, bu, Baydenin başına gəlmiş ilk belə hal deyil. Daha əvvəl də oxşar hadisələr yaşanıb.

DİGƏR XƏBƏRLƏR

Top