Avroviziyanın Ukraynada keçirilib-keçirilməyəcəyi açıqlandı


Avropa Yayım Birliyi (AYB) müsabiqədə qalib gələn Ukraynanın “Avroviziya 2023”ə ev sahibliyi edib-etməməsi barədə bəyanat yayıb.
Yeniavaz.com
-un məlumatına görə, bəyanatda AYB “Avroviziya” mahnı müsabiqəsinin qalibi olan Ukraynanın 2023-cü ildə tədbirə ev sahibliyi edə bilməməsi ilə bağlı qərarın məyusluq doğurduğunu qeyd edib.
“Təhlükəsizlik narahatlıqları ilə yanaşı Ukraynada davam edən münaqişə nümayəndələri və iştirakçıları ölkəyə səfər etməklə bağlı könülsüz edir. Bütün bunları nəzərə alaraq AYB təəssüf hissi ilə tədbiri başqa ölkəyə köçürmək qərarına gəlib və gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün münasib məkanın tapılması ilə bağlı müzakirələri davam etdirəcək”, - deyə bəyanatda vurğulanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top